Metro fəaliyyətə başladı

  • Space TV
  • 9 May 2020 15:24

Kononovirus infeksiyasının qarşısının alınması məqsədi ilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində  Nazirlər Kabinetinin müvafiq qərarı ilə mart ayının 31 –də fəaliyyəti dayandırılan Bakı Metropoliteni bu gün səhər saat 6-dan öz qapılarını yenidən sərnişinlərinin üzünə açdı.

Bütün stansiyalarda xüsusi dəhlizlər yaradılıb,istiqamətləndiricilər və ara məsafəsinin qorunmasını təmin etmək  üçün platformalarda  yazılı məlumatlar vurulub.  Ancaq bu dəfə əvvəlkindən fərqli olaraq metroya  hər kəs minə bilməyəcək. Karantin müddəti başa çatana qədər yalnız fəaliyyətləri bərpa olunan iş yerlərində çalışan və sms icazəsi olan şəxslərin metroya girişinə icazə verilir.

Bakı metropoliteninin bütün stansiyalarının qarşısında böyük aptek şəbəkələri ilə razılaşdırma əsasında maska satışı da həyata keçirilir. İcazəsi olduğu təqdirdə belə maska taxmayan şəxslərin girişinə icazə verilmir.

Bəs metroya daxil olan sərnişinlər hansı halda karantin qaydalarını pozmuş sayılır və bu qaydaları pozan şəxsləri cərimə gözləyirmi?

Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə metropoliten rəhbərliyi qarşıdakı günlərdə yaşanacaq sıxlığı nəzərə alaraq metroda optimal hərəkət qrafiki tətbiq olunub və qatarlar bu qrafikə uyğun hərəkət edəcək.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun