Metal yağış yağan planet tapıldı

  • SpaceTV
  • 14 Mart 2020 10:50

İsveçrə astronomları  (VLT) ESO teleskopu vasitəsilə metal yağışlar yağan ekzoplanet aşkar ediblər.

“Nature” jurnalında yerləşdirilən məqalədə bildirilir ki, bu cür anomaliya səma cisminin əks tərəfləri arasında çox böyük temperatur fərqinin olmağı ilə əlaqəlidir.

“WASP-76b” planeti Yerdən təxminən 640 işıq ili məsafədə balıq bürcündə yerləşir.

Bildirilir ki, planetin gündüz tərəfində temperatur 2400 dərəcə Selsiyə çatır. Buna görə də, onun səthindəki metallar buxarlanır və “WASP-76b”nin min dərəcəyədək soyuq olan əks tərəfinə ötürülürlər.

Temperaturun kəskin düşməsi nəticəsində buxarın kondensasiyası baş verir və metallar yağış şəklində yağır.

Qeyd edilir ki, temperatur fərqinə görə ekzoplanetdə daim sürəti saatda 18 min kilometrə qədər çatan güclü külək əsir.

Paylaş

 Xəbəriniz olsun