Messiyə əskidən düzəldilmiş top hədiyyə olunub

  • SpaceTV
  • 3 Sentyabr 2019 11:42

Space TV Xarici mətbuata istinadən xəbər verir ki,  Argentina millisinin futbolçusu Lionel Messi Amerika Kubokunun yekunlarına əsasən, Roma Papası Fransis Fondunun mükafatına layiq görülüb. Roma Papasının xeyir-dua verdiyi top komanda işini, həmrəylik, dürüstlük və qarşılıqlı hörmət ruhunu ifadə edir.

191 ölkənin 500 mindən çox təhsil müəssisəsinin qatıldığı sorğuda səslərin 34,28 faizini toplayıb. O, Peru yığmasının futbolçuları – Edison Floreslə (15,56 faiz) Pedro Qalyeseni (11,28 faiz), eləcə də Braziliya millisinin kapitanı Dani Alvesi (10,5 faiz) qabaqlayıb.

Qeyd edək ki, Amerika Kubokunun qalibi Braziliya millisi olub.

Paylaş

 Xəbəriniz olsun