Messinin klub seçimi təsdiqləndi – FOTO

  • Space TV
  • 5 Sentyabr 2020 10:48

“Barselona”nın kapitanı Lionel Messinin hansı klubda çıxış edəcəyi məsələsinə nəhayət ki, aydınlıq gəlib. 

Spacetv.az xəbər verir ki, Goal.com-un məlumatına görə, argentinalı forvard elə “Barselona”da qalacaq.

Bu barədə açıqlama verən Messi bildirib ki, Bartomeunun rəhbərliyindən narazıdır:

“Xoşbəxt deyildim, buna görə də klubdan ayrılmaq istəyirdim. Lakin buna icazə verilmədi. Qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun idarəçiliyi fəlakətdir”.

Paylaş

 Xəbəriniz olsun