Messinin cəzası açıqlandı

  • Space TV
  • 19 Yanvar 2021 17:36

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messinin cəzası bəlli oldu.

Spacetv.az AS nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçuya 2 oyunluq cəza kəsilib.

Argentinalı forvard İspaniya Kubokunda “Kornelli” və La Liqada “Elçe” ilə matçları buraxacaq. Qarşılaşmalar müvafiq olaraq yanvarın 21-də və 24-də gerçəkləşəcək.

Qeyd edək ki, Lionel Messi ölkə superkubokunun finalında “Atletik”in oyunçusu Asyer Vilyalibreni vurub. Qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Ulduz futbolçu klub karyerasında ilk dəfə qırmızı vərəqə ilə cəzalandırılıb. Atletik” final matçının əlavə vaxtında “Barselona”ya 3:2 hesabı ilə qalib gəlib.

Paylaş

 Xəbəriniz olsun