“Messi son vaxtlar keçmiş futbolçu kimi görünür”

  • Space TV
  • 3 Mart 2020 10:36

Argentina millisinin sabiq qapıçısı Huqo Qatti son “El Klasiko”dan sonra “Barselona”nı və həmyerlisi Lionel Messini tənqid edib.

SPACE TV xəbər verir ki, o, Messinin vacib matçlarda yaxşı çıxış edə bilmədiyini deyib: “Real” layiqli qələbə qazandı. “Barselona” rəqibindən fərqli olaraq zəif çıxış etdi. Min il futbol oynamışam. Messi dünyanın ən yaxşısıdır. Ancaq böyük matçlarda yaxşı oynamır. Argentinalı olduğuma görə bunu demək məni ağrıdır. Messi son vaxtlar keçmiş futbolçu kimi görünür. Reallıq budur”.

Qeyd edək ki, “Real” – “Barselona” görüşü Madrid təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

Paylaş

 Xəbəriniz olsun