Messi PSJ-dən narazı qaldı

  • Space TV
  • 9 Fevral 2021 14:22

“Barselona”nın hücumçusu Lionel Messi PSJ-yə mümkün keçidi ətrafında yaranmış səs-küydən narazı qalıb.

Bu barədə ESPN məlumat yayıb.

Fransız klubu aşkarlıq siyasəti aparır: bir neçə futbolçu, komandanın baş məşqçisi Maurisio Poçettino və idman direktoru Leonardo dəfələrlə argentinalının mümkün transferi barədə çıxışlar ediblər.

Lakin nəşrə danışan mənbə sözügedən yanaşmanın yanlış olduğunu vurğulayıb.

“Onlar bu taktikadan istifadə etməklə səhv edirlər. Leo haqqında mediada bu qədər səs-küy olmasını sevmir”, – deyə mənbə bildirib.

Paylaş

 Xəbəriniz olsun