Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq

  • Space TV
  • 1 Dekabr 2020 17:22

İspaniya “Barselona”sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın “Ferentsvaroş” komandası ilə matçda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.

Spacetv.az məlumatına görə, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək “Ferentsvaroş” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev “Dinamo”sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı.

Paylaş

 Xəbəriniz olsun