Messi 700-cü qolunu vurdu, “Barselona” xal itirdi

  • SpaceTV
  • 1 İyul 2020 10:36

Futbol üzrə İspaniya La Liqasında 33-cü tura start verilib.

space tv  xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

Açılış matçında son turda “Barselona” ilə oyunda bir xal qazanan “Selta” səfərdə “Malyorka”nın qonağı olub. Altı qolun vurulduğu oyunda meydan sahibləri darmadağına sevinib.

“Sevilya” da “Leqanes”lə səfər oyununda 3 xalı 3 qolla qazanıb.

Turun mərkəzi görüşü Kataloniyada keçirilib. Turnir cədvəlinin ikinci pilləsində yer alan “Barselona” ən yaxın izləyicisi “Atletiko”nu qəbul edib. Dörd qolun vurulduğu bu görüşdə isə qalib müəyyənləşməyib.

Görüş həmçinin kataloniyalıların super ulduzu Lionel Messinin karyerasındakı 700-cü qolu vurması ilə əlamətdar olub.

İspaniya La Liqası

33-cü tur

30 iyun

“Malyorka” – “Selta” – 5:1

Qollar: Budimir, 13-pen; 52. Kuço, 27. Pozo, 40. Sevilya, 60 – Aspas, 50-pen.

“Leqanes” – “Sevilya” – 0:3

Qollar: Torres, 23; 35. El Haddadi, 82

“Barselona” – “Atletiko” – 2:2

Qollar: D.Kosta, 11-öz qapısına, Messi, 50-pen – Saul, 19-pen; 62-pen.

Paylaş

 Xəbəriniz olsun