Meşələrdə “qurd adam” peyda olub, sakinlər qorxu içindədir

  • SpaceTV
  • 4 Noyabr 2019 11:14


ABŞ-da “Dogman” adı verilən məxluq sirrini hələ də qorumaqdadır.

SPACE TV xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın dörd bir yanındakı meşələrdə görülən qurd adama bənzər məxluq civarda yaşayan insanları qorxu içində saxlayır. Fərqli bğlgələrdə və fərqli meşələrdə görüldüyü bildirilən, “yari insan yarı it” kimi ifadə edilən məxluqun nə olduğu bilinmir.

Qəsəbə sakinləri bu məxluğun ev heyvanlarını öldürdüyünü iddia edir və onun öldürdüyü bir heyvanın fotosunu paylaşıblar. “Dogman”ı görən bir vətəndaş isə, onun 2.7 metr uzunluqda və təxmini 180 kiloqrama yaxın çəkiyə sahib olduğunu deyib.

Məsələ ilə bağlı əməliyyat aparan müəssisədə məxluqun Ohayodan aralandığını göstərən 3 ədəd səs qeydi mövcuddur.

Paylaş

 Xəbəriniz olsun