Ölkəmizə qərb istiqamətdən qonşu Gürcüstandan daxil olan Dəli kür bugün ən aşağı həddə axır . Ətrafindakı meşələri ağuşuna alan Kür bu gün kiçik qolları əhatə edərək sakit şəkildə mənzil başına şütüyür . Çayın Ağstafa rayonunun ərazisindən kecən hissəsində demək olar ki, kür son 30 ilin ən az axdığı gününü sayır . Bunu yerli sakinlərdə təsdiq edir . Bol sulu olan bu çayın suyunun kəskin azalmasını kür ətrafında olan meşələrədə az təsirinin olmadığını düşünənlərdə az deyil .
Qeyd edim ki, Ceyran çöl sahəsi eləcədə Kür ətrafında olan münbit torpaqlar nasos stansiya vasitsilə suvarılırdı. Amma suyun bu cür azlması nasos stansiyaların işini də ləngidir. Bəzi hallarda isə faliyyəti dayanır.
Bu cür azalma nəinki kənd təsərüfatında suvarmaya hətta ekalogiyamızın qorunmasına da mənfi təsirini göstərməkdədir .
Qeyd edim ki, Dəli kür əsasən may aylarında aşıb daşaraq qarşısına çıxan iri gövdəli ağacları kökündən cıxarır eləcədə qayalara sinə gələrək qarşısına cıxan hər bir maniyəni aşaraq mənsəbi olan Xəzər dənizinə doğru yan almaqdadır.
Amma bu gün küründə dəliliyindən bir əsər əlamət qalmayıb.
Mütəxəsislər isə bu cür kəskin azalmanı yayın quraq və yağıntısız kecməsi ilə izah edirlər . Bu cür vəziyyət isə sentyabrın ortalarına qədər davam edəcək .
Vasif Vaqifoğlu – Space – Ağstafa