Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında yanğın baş verib. Yanğınla əlaqədar Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və tam söndürülüb . Hadisə nəticəsində 50 hektar sahədə biçilmiş taxıl , meşə zolağında 2 hektar sahədə kol-kos və ağaclar yanıb. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. İlkin versiya olaraq hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.