Meşə yanğınları Yunanıstanı cənginə alıb

  • SpaceTV
  • 14 Avqust 2019 13:41

Yunanıstanın Evbey adasında dünən səhərdən başlayan meşə yanğınlarını söndürmək mümkün deyil.

Space.TV-Xarici mətbuata istinadən xəbər verir ki, alov yerli qoruğu məhv edir və yaxınlıqda yerləşən Stavros və Kondodespoti kəndlərinin sakinlərinə təhlükə yaradır.

Yanğınsöndürənlər artıq əhalini təxliyə olunmağa səsləyiblər. Çünki güclü külək səbəbindən alov evlərin istiqamətində sürətlə yayılır. Alovun söndürülməsində 200-dən çox insan və 67 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin aviasiyadan – 5 helikopter və 6 təyyarədən istifadə olunur.

 Görülən bütün tədbirlərə baxmayaraq, təbii fəlakəti nəzarətə götürmək mümkün olmur.

Bununla yanaşı, Yunanıstanda azı dörd iri meşə yanğını şiddətlənməkdə davam edir. Fəlakətin yayılmasına 40 dərəcə Selsiyə çatan güclü istilər və sərt külək səbəb olur. Alov yaşayış məntəqələrinə və turizm komplekslərinə də təhlükə yaradır.

Paylaş

 Xəbəriniz olsun