Meşə yanğınları baş verib

  • SpaceTV
  • 12 Avqust 2019 12:46

Rusiya ərazisində 24 saat ərzində 5 min hektardan çox sahəni əhatə edən 53 təbiət yanğınını söndürmək mümkün olub.

  Space. TV-RİA “Novosti”-yə istinadən məlumat yayıb.

“Regional meşə təsərrüfatlarının dispetçer xidmətlərinin məlumatına görə, ötən 11 avqust ərzində Rusiyada sahəsi 5 min 717 hektar olan 53 meşə yanğını söndürülüb”, – deyə məlumatda bildirilir.

Son xəbərlərə görə, ölkə ərazisində sahəsi 283 min 167 ha olan 202 meşə yanğını var.

Daha çox yanğın sahəsi əvvəlki kimi İrkutsk vilayəti (146 747 ha) və Krasnoyarsk diyarında (126 125 ha) qeydə alınıb.

Paylaş

 Xəbəriniz olsun