Meşə və taxıl sahəsi yanır

  • SpaceTV
  • 26 Avqust 2019 11:48

Space TV -nin bölgə müxbiri məlumat verir ki, Ağsu rayonunun dağlıq ərazisində meşə massivi yanır.   Yanğınlar Gəgəli kəndinin dağlıq ərazisində qeydə alınıb. Kürdəmir rayonunda isə  biçilmiş taxıl sahəsi yanıb.

Ağsuda baş verən yanğınla əlaqədar hadisə yerinə FHN-nin Ağsu, Göyçay, İsmayıllı, Şamaxı, Kürdəmir rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və canlı qüvvələri, eləcə də mülkü müdafiə qoşunun şəxsi heyəti cəlb olunub. 

Kürdəmir rayonunda biçilmiş taxıl sahəsi yanıb. Yanğın Xınıslı kəndində, bələdiyyəyə məxsus ərazidə qeydə anınıb.  4 hektara yaxın ərazi tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb. 

Hər iki Faktla bağlı  araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun