“Mersedes” markalı yük avtomobili idarəetmdən çıxaraq 3 minik maşını yararsız hala salıb.

  • Space TV
  • 30 İyun 2020 15:04

Ağır yol qəzası Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib. Bakıya doğru hərəkət edən yük avtomobili qəfildən idarəetmədən çıxaraq əvvəlcə yol ayrıcı dəmirlərə çırpılıb. Ardından yol kənarında dayanan 3 minik maşınını əzib. Hadisə zamanı əzilən avtomobillərdə xoşbəxtlikdən kimsə olmayıb.

Yol nəqliyyathadisəsi zamanı yük avtomobilinin sürücüsü xəsarət alıb. Həmçinin elektrik dirəyi, yol nişanı aşıb, yol təsərrüfatına ziyan dəyib. Qəzanın baş verməsinə səbəb kimi isə yük maşının şinin partlaması göstərilir. Faktla bağlı araşdırma aparılır.

Emin Babayev  space tv

Paylaş

 Xəbəriniz olsun