Merkelin iqamətgahına üzərində “lənətə gəlmiş qatillər” yazılmış avtomobil çırpılıb – FOTO

  • SpaceTV
  • 25 Noyabr 2020 15:00

Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qapılarına “Qloballaşma siyasətini dayandırın” və “Uşaqların və qocaların lənətə gəlmiş qatillərisiniz” sözləri yazılan avtomobil çırpılıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.

Avtomobilin sürücüsü saxlanılıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

Paylaş

 Xəbəriniz olsun