Merkel: “Trampın məğlubiyyəti qəbul etmək istəməməsi təəssüf doğurur”

  • Space TV
  • 7 Yanvar 2021 14:58

Almaniya kansleri Angela Merkel Vaşinqtondakı iğtişaşlara və hazırki ABŞ Prezidenti Donald Trampın seçkilərdə məğlubiyyətini etiraf etmək istəməməsinə münasibət bildirib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Biz hər birimiz ötən gecə Konqresə hücumun mənzərəsini gördük, bu mənzərə məndə qəzəb və kədər yaratdı”, – deyə kansler bildirib.

A.Merkel həmçinin bildirib ki, Donald Trampın öz məğlubiyyətini qəbul etməməsinə görə təəssüf hissi keçirir.

Paylaş

 Xəbəriniz olsun