Merkel Osventsimə gedir – İlk dəfə

  • Space TV
  • 30 Noyabr 2019 10:38

Almaniya kansleri Angela Merkel gələn həftə Osventsim əsir düşərgəsini ziyarət edəcək.

SPACE TV xəbər verir ki, bu məlumatı Almaniya mətbuatı yayıb.

Məlumata görə, səfər dekabrın 6-da Osventsim düşərgəsinin nasistlərin əlindən azad edilməsinin 75 illiyi münasibətiylə baş tutacaq. Osventsimə səfərdə Almaniya kanslerini Polşa Baş naziri Mateuş Moravetski müşayiət edəcəyi vurğulanıb.

Qeyd edək ki, Merkel son 25 ildə Osventsimə səfər edən ilk alman kansler olacaq.

Paylaş

 Xəbəriniz olsun