“Mercedes” 49 yaşlı kişini vuraraq öldürdü

  • SpaceTV
  • 23 Oktyabr 2019 11:08

Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

SPACE TV  xəbər verir ki, hadisə Şəhər şosesində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili yolu keçməyə çalışan 49 yaşlı Rufan Bağırovu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun