Meksikada zorakılıq halları artır

  • SpaceTV
  • 21 Avqust 2019 15:55

Meksika hakimiyyəti ölkədə zorakılıq hallarının səviyyəsini aşağı salmaq üçün bəzi ştatlarda silahlı qruplaşmalarla danışıqlara başlayıb. Ölkənin Daxili İşlər naziri Olqa Sançes Kordero danışıqların nə dərəcədə uğurlu getməsi barədə bir söz deməyib.

Biz bir çox qruplarla danışıqlar aparırıq, onlar bildirirlər ki, zorakılıq hallarını davam etdirmək istəmirlər, silahı yerə qoyub sülh yaratmaq istəyirlər. Bunlar respublikanın bir neçə ştatında olan qruplaşmalardır”, – deyə nazir bildirib. Kordero danışıqların nə dərəcədə uğurlu getməsi barədə bir söz deməyib.

Qeyd edək ki, son bir neçə ildə ölkədə zorakılıq halları, kütləvi qətllər və cinayətlər adi hala çevrilib. Keçən il ərzində 33,3 mindən çox insan cinayətkar qruplaşmalar arasındakı davalarda öldürülüb, bu il isə vəziyyət bir az da pisləşib. İlin ilk yarısında 17,6 mindən çox insan qətlə yetirilib ki, bu da ötən ilin eyni müddəti ilə müqayisədə 5,1% çoxdur.

Paylaş

 Xəbəriniz olsun