Meksikada qadınlar həmrəylik yürüşünə çıxdı: 80-ə yaxın insan yaralandı

  • Space TV
  • 9 Mart 2021 14:45

Meksikanın Mexiko şəhərində martın 8-də keçirilən həmrəylik yürüşü zamanı 80-ə yaxın insan zərər çəkib.

“RİA Novosti” xəbər verir ki, diskriminasiya və zorakılığa qarşı yürüş edən feministlər yanğın törədib, polisə daş atıb və barrikadaları dağıdıblar.

Nəticədə 62 polis və 19 mülki vətəndaş yaralanıb.

Doqquz nəfər hüquq mühafizə əməkdaşı və bir mülki şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların vəziyyəti stabildir.

Qeyd edək ki, Meksika Latın Amerikası ölkələri arasında qadın cinayətlərinin ən yüksək olduğu ölkədir.

Paylaş

 Xəbəriniz olsun