Meksika və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı

  • Space TV
  • 26 Fevral 2021 10:44

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar 24 fevral tarixindən başlayaraq Meksika və Perunun paytaxt şəhərləri Mexiko və Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları işıqlandırılır. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, löhvələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət” şüarları və “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsi əks olunub. 

Adıçəkilən şəhərlərin sakinləri bir həftə ərzində lövhədə yer almış QR kod vasitəsilə “Xocalıya ədalət” kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilir.

Paylaş

 Xəbəriniz olsun