Birinci vitse Prezident Mehriban Əliyevanın Xalq artisti ilə səmimi görüşündən

  • SpaceTV
  • 5 Dekabr 2019 10:17

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub.

Xalq mahnılarının, muğam ifaçılığının təşəkkülündə özünəməxsus dəst-xətti, xidmətləri olan ustad xanəndələrimizdən biri də Xalq artisti Əlibaba Məmmədovdur.

SPACE TV xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva xalqımızın sevimli ifaçısının evinə qonaq gəlib. Mehriban Əliyevanın gəlişi Əlibaba müəllim üçün gözəl və gözlənilməz bir ziyarət olub.

Paylaş

 Xəbəriniz olsun