“Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndiririk” – Britaniya səfirliyi “Mehriban Əliyevanın təşəbbüsünü yüksək qiymətləndiririk” –

  • SpaceTV
  • 6 Dekabr 2019 17:49

Bu gün Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş ağacəkmə aksiyasında iştirak ediblər.

SPACE TV bildirir ki, bu barədə səfirlikdən məlumat verilib.

“Biz bu möhtəşəm tədbirə öz töhfəmizi verdik və ümid edirik ki, layihə iqlim dəyişiklikləri ilə mübarizədə Azərbaycana dəstək olacaqdır. Birinci vitse-prezident, birinci xanım Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək qiymətləndiririk və təşkilatçılığa görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkürümüzü bildiririk”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya 2050-ci ilə qədər karbon emissiyalarını sıfıra endirmək üçün 2022-ci ilə qədər 11 milyon ağac əkməyi öhdəsinə götürüb.

Paylaş

 Xəbəriniz olsun