Mehriban Əliyevadan Bakıda sökülən bina ilə bağlı – TAPŞIRIQ

  • SpaceTV
  • 30 İyul 2019 12:26

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yasamal rayonu, Mirzəağa Əliyev küçəsi, 150 ünvanında yerləşən, 1890-cı ildə tikilmiş qəzalı binanın sökülməsi ilə bağlı məsələni nəzarətə götürüb.

“Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən bu binada köçürülmə işlərinin tez bir zamanda həyata keçirilməsi, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırıqlar verilib, məsələ nəzarətə götürülüb”-bunu açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

İ.Kərimov bildirib ki, buradakı köçürülmə dövlət əhəmiyyətli tədbirlərlə əlaqədar deyil, binanın istismara yararsız, qəzalı vəziyyətdə olması ilə bağlıdır.

Bundan başqa, tapşırıqlara əsasən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, sakinlərin və məcburi köçkünlərin problemləri ilə yaxından tanış olublar.

Paylaş

 Xəbəriniz olsun