Mehriban Əliyevadan Ağdam təbriki

  • SpaceTV
  • 20 Noyabr 2020 17:13

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Ağdamın işğaldan azad edilməsi münasibəti ilə paylaşım edib.

Spacetv.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər,
Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”.

https://www.instagram.com/p/CH0DsUTgQCS/?utm_source=ig_embed

Paylaş

 Xəbəriniz olsun