Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib

  • Space TV
  • 5 Mart 2021 16:41

Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.

Spacetv.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı YAP Sədri İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Paylaş

 Xəbəriniz olsun