Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinə məktub ünvanlayıb

  • SpaceTV
  • 15 Avqust 2019 13:51

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya  Prezidenti Vladimir Putinə məktub ünvanlayıb. 

Məktubda Mehriban Əliyeva  Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin inkişafı sahəsində fəaliyyətinə verilən yüksək qiymətə və Rusiyanın ali fəxri mükafatına – “Dostluq” ordeninə görə Vladimir Putinə səmimi qəlbdən təşəkkürünü bildirib.

Ölkələrimiz arasında münasibətlər bir çox sahələri əhatə edir. Bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiyanın dövlətlərarası əməkdaşlığı çoxəsrlik təməl üzərində təşəkkül tapıb. Azərbaycan və Rusiya öz münasibətlərini sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq əsasında qururlar. Bizim dostluğumuz və səmərəli tərəfdaşlığımız ölkələrimizin və xalqlarımızın maraqlarına tam cavab verir, regionda sülhə və sabitliyə xidmət edir deyə birinci vitse president qeyd edib. Mehriban Əliyeva Rusiya Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Rusiya xalqına isə firavanlıq, sülh və tərəqqi arzulayıb.

Paylaş

 Xəbəriniz olsun