Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələrin MiQ-29 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin ailəsinə başsağlığı verib.
Space TV məlumat verir ki, Mehriban Əliyeva pilotun vida mərasiminə əklil də göndərib.