Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

  • SpaceTV
  • 12 Noyabr 2019 11:42

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 12 noyabr – Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

SPACE TV  bildirir ki, birinci vitse-prezidentin təbrikində deyilir:

“Əziz həmvətənlər!

Sizi Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, Azərbaycanın uğurlu inkişafı davamlı olsun, ölkəmizdə daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün!”

Paylaş

 Xəbəriniz olsun