Mehriban Əliyeva Azərbaycan neftçilərini təbrik edib

  • SpaceTV
  • 7 Noyabr 2019 11:27

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Neft Daşları”nın 70 illiyi münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

SPACE TV  xəbər verir ki, paylaşımda deyilir: “Bu gün əfsanəvi “Neft Daşları”nın 70 illiyi qeyd olunur. 1949-cu ilin məhz bu günündə neftçilərimiz dünyada ilk dəfə olaraq Azərbaycanda açıq dənizdə neft hasil edərək, nəinki ölkəmizin, eləcə də bütün dünyanın neft salnaməsinə parlaq səhifələr yazmışlar. Bu əlamətdar hadisənin yubileyi münasibətilə bütün Azərbaycan neftçilərini təbrik edir, hər birinizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!”

Paylaş

 Xəbəriniz olsun