MDB Statistika Xidmətləri Rəhbərləri Şurasının Bişkekdə keçirilən iclasında Azərbaycan da iştirak edib

  • SpaceTV
  • 6 Sentyabr 2019 11:06

Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Statistika Xidmətləri Rəhbərləri Şurasının 60-cı iclası keçirilib.

Space TV Azərtaca istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Türkmənistan və digər ölkələrin statistika qurumlarının rəhbərləri və ya səlahiyyətli nümayəndələri iştirak ediblər.

İclasda MDB ölkələrində kənd təsərrüfatı üzrə statistikanın təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin monitorinqi, ərzaq ehtiyatları balasının formalaşdırılması, Birlik ölkələrində kənd təsərrüfatı statistikasının təşkili və digər məsələlər üzrə müzakirələr aparılıb.

MDB dövlətlərində ərzaq təhlükəsizliyinin qiymətləndirilməsi və monitorinq üçün göstəricilər sisteminin formalaşdırılmasının metodik tərəfləri daha ətraflı müzakirə edilib.

Bundan başqa, mühüm ərzaq növlərinin balanslarının formalaşdırılması, milli statistika xidmətləri ilə nazirliklər və idarələr arasında qarşılıqlı fəaliyyətin təşkil olunması məsələləri də diqqət mərkəzində olub. Bununla bağlı Azərbaycan, Belarus və Qazaxıstan statistika xidmətləri nümayəndələrinin çıxışları da dinlənilib.

Paylaş

 Xəbəriniz olsun