MDB-dən olan 70 nəfər Çində Rusiya təyyarəsinə buraxılmadı

  • Space TV
  • 4 Fevral 2020 14:10

 

Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti 70-ə yaxın sərnişini təyyarəyə buraxmayıb.  Şahidlər tərəfindən çəkilən görüntülər “Kommersant” tərəfindən yayımlanıb.

Kadrlardan görünür ki, təyyarəyə buraxılmayanlar ingilis dilində “biz evə istəyirik!” şüarını səsləndirirlər və sənədlərini, həmçinin biletlərini göstərirlər.

Videonun müəllifi onlara təyyarədə yer çatmadığını bildirib. Hadisə Çinin Sian-Syanyan aeroportunda Yekaterinburqa uçuş reysində baş verib.

Sərnişinlərin sözlərinə görə, göyərtəyə ancaq Rusiya vətəndaşları buraxılıb. Belorus, Qazaxıstan, Ermənistan, Moldova, Tacikistan və bir sıra başqa ölkələrdən olan 70 vətəndaş isə buraxılmayıb.

Paylaş

 Xəbəriniz olsun