Mbappe PSJ-yə müraciət etdi

  • Space TV
  • 7 Sentyabr 2020 10:43

Fransanın PSJ klubunun gənc hücumçusu Kilian Mbappe Çempionlar Liqasında uğur qazanmaq üçün yeni futbolçuların alınmasına ehtiyac olduğunu bildirib.

Spacetv.az xəbər verir ki, fransalı futbolçunun sözləri “Telefoot” nəşri tərəfindən dərc edilib.

“Əlbəttə, Çempionlar Liqasını qazanacağımıza dair nikbinəm. Buna inanmalıyıq. Bu, futboldur, hamı bu mərhələni keçmək istəyir. Finalda məğlub olan bir çox komanda növbəti il həlledici qarşılaşmada qalib olub”, – deyə fransalı hücumçu bildirib.

Mbappe əlavə edib ki, PSJ heyətini yeni futbolçularla gücləndirməlidir:

“Ümid edirəm ki, komandamıza yeni güclü oyunçular gələcək və növbəti mövsümdə daha çox uğur əldə edə biləcəyik”.

Paylaş

 Xəbəriniz olsun