Mayk Pompeo: ”Türkiyənin ABŞ-dan bəzi istəkləri var”

  • Space TV
  • 6 Mart 2020 10:50

ABŞ xarici işlər naziri Mayk Pompeo, İdlibdəki vəziyyətə dair Türkiyənin özünü müdafiə haqqı olduğunu və Amerikanın Türkiyəyə dəstək mövzusunda bütün variantları gözdən keçirdiklərini bildirib.

SPACE TV  xəbər verir ki, nazirlik binasında təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Pompeo, İdlibdəki son vəziyyət ilə bağlı dəyərləndirmələr aparıb.

Pompeo deyib ki, Rusiya , Əsəd rejimi və İranın, təşkil etdiyi hücumlar İdlibdə yüz minlərlə vətəndaşı zərər vurur.

O, Rusiyanın 2018-ci ildə Türkiyə ilə əldə olunan Soçi müqaviləsinin şərtlərinə əməl etməsinə və atəşkəsi təmin etməyə çağırış edib.

Pompeo əlavə edib ki, Türkiyənin ABŞ-dan bəzi tələbləri var.

“Türk hökumətinin bizdən bəzi istəkləri var. Hal-hazırda bütün tələbləri müzakirə edirik. Müdafiə Nazirliyi qrupu ilə birlikdə bölgədəki şiddətin azaldılması və bu böyük insani böhranın dayandırılmasının ən yaxşı yolunu araşdırırıq”.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında İdlibə dair razılıq əldə olunub. 

Paylaş

 Xəbəriniz olsun