Artiq 1 aya yaxındır ki, ölkənin bütün regionlarında həmçinin paytaxtın müxtəlif ərazilərində karantin rejimi ilə əlaqədar olaraq yol patrul xidmətinin stasianar postları xidmət aparır.Əvvəlki günlərlə müqayisədə nəqliyyat vasitələrinin sürücülərinin karantin rejimini pozma halları azalsada ancaq postlarda yoxlanılan sürücü və sərnişinlərdən qayda pozanlara hələdə rast gəlinir.
Paytaxtdan rayon istiqamətində hərəkətdə olduğu zamansaxlanılanbu sürücü polisə həkim vəsiqəsini, digəri isə yas yerindən gəldiyini sübut edən ölüm haqqında şəhadətnamə təqdim etdikdən sonra yollarına davam etdilər.
Baş dövlət yol polisi idarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, ölkədə elan edilmiş karantin rejiminin pozulmasına görə təkcə ötən gün 1818, aprel ayının 1- dən bu günə kimi isə 33334 nəfər inzibati məsuliyyətə cəlb olunub
Şöbə rəisinin sözlərinə görə paytaxtın bəzi küçə və prospektlərində yoxlama keçid postlarının sayının çox olması karantin rejiminə nəzarətin keyfiyyətinin yüksəldilməsinə hesablanmiş bir xidmətdir.O, ki, qaldı ölkə ərazisində bəzi stasianar postların ləgv olunub –olunmayacağına ?
Məlum olduğu kimi Nazirlər Kabinetinin müvaqif qərarına əsasən ölkə ərazində karantin rejimin müddəti may ayının 4-ə kimi uzadılıb.
RƏŞAD VƏKİLOĞLU SPACE TV