May ayının sonundan etibarən Azərbaycanda taxıl biçini başlanacaq.

  • Space TV
  • 19 May 2020 10:39

Azərbaycanda taxıl biçininə sayılı günlər qalıb. 10 gündən sonra arpa sahələrində kombaynları görmək olacaq. Ölkə karantin rejimini yaşasa da, pandemiya taxıl biçinini ləngitməyəcək. Hazırda “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin balansında olan kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalar işlək hala gətirilir. Bu da ölkə ərazisində taxılın vaxtında və itkisiz toplanmasını təmin edəcək. 

Taxıl biçini “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları ilə yanaşı, fermerlərin fərdi texnikaları vasitəsilə də aparılacaq. Fərdi texnikaya sahib olmaq istəyən kənd təsərrüfatı məhsulları istehsalçıları üçün dövlət dəstəyi də göstərilir. Fermerlər kombaynları güzəştli şərtlərlə, lizinq yolu ilə, həm də dövlətin təklif etdiyi yardımdan faydalanmaqla da əldə edə bilərlər.

Bu il respublika ərazisində 973 749 hektar taxıl sahəsi mövcuddur ki, bunun da 613 460 hektarı buğda, 360 289 hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə, 1700-dən çox taxılbiçən kombaynın cəlb ediləcək. Bunun 700-dən çoxu “Aqrolizinq”ə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən ildə oluğu kimi bu il də, öncə ümumi sahəsi 50 hektara qədər olan taxıl sahələri biçiləcək. Biçin qiymətləri də ötən ildə olduğu kimi 1 hektar taxıl sahəsi üçün 38 manatdır.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun