Maskadan düzgün istifadə qaydaları

  • SpaceTV
  • 9 Aprel 2020 14:53

İndi demək olar ki, hər kəs tibbi maska və spirtdən  istifadə  edir. ​​Hətta koronavirusun geniş yayıldığı bir dövrdə bu tibbi vasitələr ən yaxın dostumuza çevrilib.Virusa yoluxma halları ölkə daxilində də qeydə alındığı üçün artıq sağlam insanlar da tibbi maskadan istifadə edir. Həkimlər bildirir ki, tibbi maskalar xəstələnmə dərəcəsini təxminən 60-80% azaldır. Virus daşıyıcısı olan şəxslə qısa söhbət belə xəstəliyə səbəb ola bilər. Buna görə də maskadan düzgün istifadə etməyin qaydalarını bilməliyik.

Maskanı taxarkən onu çənənizə doğru çəkdikdən sonra qıraqlarını burun körpüsünün yuxarı kənarı boyunca yumşaq bir şəkildə sıxmaq  lazımdır ki, maska ​​üzünüzə kip otursun.Öskürən  və ya asqıran zaman maskanı çıxartmamaq lazımdır. Maskanı çıxartdıqdan sonra isə əllərinizi mütləq yuyun. Çünki virus maskanın üzərində qalır.

Xəstəliyin qarşısının alınması və profilaktika üçün əsasən iki növ maskadan ​​istifadə olunur. Satışda olan tibbi maskaların əksəriyyəti keyfiyyətinə görə dəyişir. Birdəfəlik və uzunmüddətli istifadə olunan tibbi maskalar. Birdəfəlik istifadə olunan tibbi maskalar 2 saatdan artıq taxıla bilməz. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vətəndaşları tibbi maskanı istifadə edərkən diqqətli olmağa çağırır.

Lakin bu tibbi vasitə sizi bir müddət təhlükəli viruslardan qoruya bilər. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün ən əsası evdə qalıb xüsusi karantin rejiminin qaydalarına  əməl etməyiniz önəmlidir. Və zərurət olmadıqda küçəyə  çıxmamağınız məsləhət görülür.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun