Maska taxmayan vətəndaşı polis şöbəyə apara bilərmi?

  • SpaceTV
  • 23 Fevral 2021 16:40

Son günlər vətəndaşlar arasında müzakirə mövzusuna çevrilən məsələlərdən biri də,“maska taxmayan vətəndaşı polis şöbəyə apara bilərmi”sualıdır.

Artıq 1 ilə yaxındır ki, ölkədə pandemiya ilə əlaqədar maskadan düzgün istifadə etməyənlərə, karantin qaydalarını pozaraq ümumiyyətlə maska taxmayanlara qarşı polis tərəfindən mütəmadi reydlər keçirilir, maarifləndirici təbliğatlar aparılır,bu günə kimi isə  karantin qaydalarını pozaraq inzibati məsuliyyətə cəlb olunanlar içərisində böyük üstünlüyü maska taxmayan şəxslər təşkil edir.Bəs, polis hansı halda maska taxmayan vətəndaşı şöbəyə dəvət edə bilər?

Polisə dəstək ictimai birliyinin sədri Şəmsəddin Əliyev deyir ki,qanunvericiliklə karantin qaydalarına nəzarət mexanizmi NK tərəfindən polis orqanlarina həvalə olunub və reydlər zamanı vətəndaşların bu qaydaları pozması halı müşahidə olunursa vəvətəndaş polisə itaətsizlik nümayiş etdirirsə, bu halda həmin şəxs polis bölməsinə dəvət oluna bilər.

Bu mövzuda digər çox müzakirə olunan məsələ isə, maska taxmadığına görə cərimə olunan şəxsin, yerində cəriməni ödəməsi qanunidirmi? sualıdır.

Ətraflı əməkdaşımız Rəşad Vəkil oğlunun sujetində:

Paylaş

 Xəbəriniz olsun