Maska taxmayan sərnişin sürücünü döyüb – VİDEO

  • Space TV
  • 31 Avqust 2020 12:48

İctimai nəqliyyatda az qala hər gün xoşagəlməz hallarla qarşılaşırıq. Sürücü  ilə  sərnişinlərin  arasında ödəniş üstə dava, sərnişinlə sərnişinin   yer üstündə mübahisəsi. Space TV xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq son vaxtlar sərnişinlərin maska taxmaması və maskadan düzgün istifadə qaydalarına riayət etməmələri də ictimai nəqliyyatda davalarla nəticələnir.

Sərnişin tərəfindən döyülən 13 saylı marşrut xəttinin sürücüsü Vüqar Həsənov deyir ki, pandemiya ilə əlaqədar olaraq maskarla bağlı qoyulan qaydalardan sonra az qala hər gün sərnişinlərlə aralarında belə mübahisələr yaranır. Ən çox da  bu  hallar günün pik saatlarında baş verir.

Elə çox  vaxt da  kiçik mübahisə böyük  bir münaqişəyə  səbəb olur. Axı  niyə  insanlar  bir – birinə qarşı kobud davranış nümayiş etdirirlər? Ölümə kimi gedib çıxan yersiz və səbəbsiz mübahisələrin və münaqişələrin səbəbkarına çevrilən sərnişinlər və sürücüləri buna məcbur edən nədir?

Hər kəsə məlumdur ki, pandemiya dövründə dövlət tərəfindən icrası həyata keçirilən bütün lahiyələr, qoyulan qadağalar vətəndaşların sağlamlığı və təhlükəli virusun qarşısını almağa hesablanıb.

 Karantin  qaydalarını  pozmaqla  yanaşı  sürücüyə qarşı kobudluq nümayiş  etdirib onu  vuran  sərnişin  Abşeron  rayon sakini, 27 yaşlı  Anar Nehmətli  Nərimanov rayon məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs edilib. O, polis idarəsində saxlanılarkən bu hərəkətinə görə peşman olduğunu bildirib və üzr istəyib.

Rəşad Vəkiloğlu, İsa İsmayılov, Space TV

Paylaş

 Xəbəriniz olsun