Maska taxmaq istəməyən Trampa, həyat yoldaşından MARAQLI CAVAB

  • SpaceTV
  • 11 Aprel 2020 10:17

ABŞ prezidenti Donald Tramp -ın koronavirusdan qorunmaq üçün maskadan istifadə etməməsinə həyat yoldaşında maraqlı bir cavab gəlib.

SPACE TV xəbər verir ki, Melaniya Tramp həyat yoldaşı Donald Trampa cavab olaraq qoruyucu maskaların əhəmiyyətini izah edən bir video paylaşıb.

Melaniya Tramp, maskalardan istifadənin koronavirusdan müdafiədə vacib olduğunu bildirib. ABŞ-ın birinci xanımı video mesajında, sosial məsafənin qoyulması çətin olduğu ictimai yerlərdə qoruyucu maska istifadə edərək tövsiyə etdi ki, maska sosial məsafəni əvəz edə bilməz.

“Sosial məsafəyə diqqət etməliyik. Bazar və aptek kimi sosial məsafənin çətin olduğu yerlərdə qoruyucu maskalardan istifadə edin”.

Xatırladaq ki, ABŞ prezidenti Donal Tramp, mətbuat konfransında maska taxmadığını söyləmişdi.O özünü yaxşı hiss etdiyini və maska taxmaq istəmədiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun