Maska qıtlığı

  • SpaceTV
  • 31 Mart 2020 11:47

Koronovirusla  mübarizədə müstəsna rol oynayan maskaya artan təlabat nəticəsində əksər apteklərdə bu tibbi vasitənin qıtlığı yaranıb.  

Əczaçılar depodan gündəlik limitlə – 50 ədəd maska verildiyini və tələbat çox olduğu üçün maskaların tez satılaraq bitdiyini dedilər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda tibbi maskaların istehsalı  müəssisəsi fəaliyyətə başlayacaq. Nazirin sözlərinə görə  bununla bağlı avadanlıq alınıb və ölkəmizə gətirilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, maska qıtlığı ilə bağlı hər gün istehlakçı şikayəti daxil olur.

Ölkəyə idxalı həyata keçirən şirkətlə əlaqə saxlasaq da sualımıza cavab verən olmadı.Qaldı tibbi maskaların istehsalı müəssisənin fəaliyyətə başlayacağı günü gözləmək. Bununla da ölkədə mövcud problemin həll olunacağına ümid edirik.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun