Maşınları toqquşduğu üçün sürücünü öldürdü – Gəncədə dəhşətli qətlin təfərrüatı

  • SpaceTV
  • 11 Noyabr 2019 10:58

Gəncə şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

SPACE TV-in bölgə müxbiri xəbər verir ki, qətl gecə saatlarında iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində baş verib.

Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər aralarında yaranan mübahisəni həll edə bilməyiblər.

Mübahisənin davamı olaraq onlar gecə saat 01 radələrində maşın bazarı adlanan ərazidə görüşüblər. Görüş zamanı D.Nicat M.Əliyevi maşınında saxladığı bıçaqla ürək nahiyəsindən bıçaqlayıb. 

M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən D.Nicat saxlanılıb. 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun