Maşınlar toqquşub

  • SpaceTV
  • 22 Oktyabr 2019 16:02

Hadisə Bakı-Quba yolunun Xızı rayonu Yaşma qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Sürətlə hərəkətdə olan “VAZ-2107” markalı avtomobil “QAZel” markalı maşınla toqquşub.“QAZel” markalı avtomobilin sürücüsü  Elbəyi Rzayev  bildirib ki, avtomobilində nasazlıq yaranıb. Buna görə də o, yolda asta sürətlə hərəkət edib. Bu zaman isə arxadan gələn “VAZ-2107” markalı avtomobil maşınına çırpılıb.Nəticədə “VAZ-2107”nin sürücüsü ağır xəsarət alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.                        

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun