İsmayıllı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaraməryəm-İsmayıllı yolunun 5-ci kilometrliyində, Kürdmaşı kəndi ərazisində qeydə alınıb. Sumqayıt şəhər 10 saylı yataqxanada yaşayan 1963-cü il təvəllüdlü Mehdiyev Hicrat Musif oğlu “Toyota Prado” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq, əkin sahəsinə aşıb. Hadisə zamanı maşında ümumi 3 nəfər olub. Nəticədə sürücü və daha iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
VAHİD FƏXRİ SPACE TV