Maşın yoldan çıxaraq ağaca çırpılıb- FOTO

  • SpaceTV
  • 10 Avqust 2019 15:09

Space.TV- məlumat verir ki, hadisə rayonun İvanovka qəsəbəsi ərazisində baş verib. Göyçay rayon sakini Mahmudov Arzu Mahmudov oğlu idarə etdiyi  avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib. Maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Qeyd edək ki, Arzu Mahmudov uzun müddət İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı olub və yaxın aylarda təqaüdə çıxıb. Faktla bağlı araşdırma aparılır.

Vahid Fəxri – İsmayıllı

 

Paylaş

 Xəbəriniz olsun