Maşın qəzaya uğradı – 1 nəfər öldü -FOTO

  • SpaceTV
  • 13 Avqust 2019 14:34

Space.TV- Masallıda “VAZ” markalı iki minik avtomobili toqquşdu. Oğulun sürdüyü maşın qəzaya uğradı, ata dünyasını dəyişdi.

Ağır yol-nəqliyyat hadisəsi gecəyarısı köhnə Ələt-Astara magistralının Masallı rayonundan keçən hissəsində qeydə alınıb. Liman şəhər sakini, 23 yaşlı Nicat Əzimlinin sükanı arxasında olduğu Jiquli markalı maşın qarşıdan gələn Masallı sakini, 44 yaşlı Mürşüd Nəsirovun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Nəticədə Nicat Əzimlinin atası, 50 yaşlı Vidadi Əzimli hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi-Ekseprtiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

 Digər sərnişin, mərhumun həyat yoldaşı, 41 yaşlı Aynur Əzimli isə qəzaya düşən oğlu və o biri avtomobilin sürücüsü Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 Qeyd edək ki, vəfat edən sərnişin ailəsi ilə birgə əsgər övladının andiçmə mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Rövşən Almazoğlu Space Masallı

 

Paylaş

 Xəbəriniz olsun