Maşın piyadanı vurub

  • SpaceTV
  • 4 Oktyabr 2019 20:15

Piyada yolu keçmək istəyərkən minik avtomobili onu vurub. Hadisə piyada diqqətsizliyindənmi baş verib, yoxsa sürücü ehtiyatsızlığındanmı, bu barədə süjetimizdə biləcəyik. Hadisə gələndə “gəlirəm” demir, anidən, bir göz qırpımında baş verir hərşey. Kaş heç olmaya deyirik, amma qismətdən də qaçmaq mümkün deyil. Odur ki, xəsarətlər olsa da, əsas odur ölüm hadisəsi qeydə alınmayıb. Kürdəmirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun “Heydər Əliyev” prospektində qeydə alınıb. Kürdəmirdə məskunlaşan Laçın rayon sakini, 1981-ci il təvəllüdlü Fərəcov Natiq Məhərrəm oğlu yolu keçmək istəyərkən “Dördyol ayrıcı” deyilən yerdə onu Ağdam rayon sakini, 1997- ci il təvəllüdlü sürücü- Əhmədov Ramiz Yaqub oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili vurub. Ətrafdakı insanların köməyi ilə yaralı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanada yaralıya  ilkin tibbi yardım göstərilib. Xəstəyə ayağının sağ budun aşağı ətrafının sınığı diaqnozu qoyulub.  Xəstənin vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

     Faktla bağlı Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

  VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun