Maşın oğrusu saxlanılıb -FOTO

  • SpaceTV
  • 19 Avqust 2019 15:25

Başqasının malına göz dikən, oğurlayıb aradan çıxmaq istəyən rayon sakinini  bərdə polisləri saxlayıb.

Space.TV-nin  bölgə müxbiri məlumat verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənd sakini Elşən Quliyev elə yaşadığı kəndin ərazisindən bir ədəd  avtomobil qaçırıb.

Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Elşən Quliyev şübhəli şəxs qismində saxlanılıb.

 Faktla bağlı cinayət işi başlanılıb, hal-hazırda  araşdırmalar davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun